21 Yanvar 2026, Çərşənbə
Millimiz FİFA reytinqində neçəncidir?
"Ayntraxt" Bakıda məşq etməyəcək
"Araz-Naxçıvan"dan 4 qollu qələbə
“Turan Tovuz” ilk oyununda məğlub oldu

Xarici futbol

Ronaldo Platiniyə söz atdı

Portuqaliya millisinin üzvü Kriştianu Ronaldo DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində play-offda qarşılaşmaq istəmədiyi komandanın adını açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, portuqaliyalı futbolçu qalmaqal yaradacaq açıqlama verib: “Nəzəri cəhətdən mümkün rəqiblər arasında ən güclüsü Fransadı. Odur ki onlarla qarşılaşmaq istəmirik. Düzdür, bizim qarşıdurmamız çox maraqlı alına bilər. Amma bundan qaçmaq daha yaxşıdır. Fransa ilə qarşılaşmaq istəməməyimizin bir neçə səbəbi var. Amma mən bu haqda danışmaq istəmirəm. Çünki danışsam, cəzalana bilərəm”.

Ronaldo ad çəkməsə də, açıq-aşkar UEFA prezidenti Mişel Platininin fransızlara dəstək verməsinə söz atıb. Görünür, bir neçə il əvvəl İrlandiya ilə matçda Tyerri Anrinin əllə qol vurması və hakimin də buna göz yumması yaddaşlardan silinməyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31