6 Noyabr 2025, Cümə axşamı
Qələbəyə bərabər heç-heçə
Qurbanov BBC-yə danışdı
"Çelsi" Bakıya bu heyətlə gəldi
Ayın qolunun qalibi mükafatlandırıldı

Xarici futbol

Emreli “Fənərbaxça”ya qarşı oynaya bilməz

"Konyaspor"a transfer olunan millimizin üzvü Mahir Emreli Türkiyə Superliqasında bu gün keçiriləcək "Fənərbaxça"ya qarşı 23-cü turun təxirə salınmış matçında iştirak etməyəcək.

Futbolxeber.az saytının məlumatına görə, 24 yaşlı hücumçunun adı sözügedən görüş üçün iştirak ərizəsində yer almayıb.

Türkiyə mətbuatı yazıb ki, Mahir Emrelinin transferi fevralın 6-dan sonra gerçəkləşdiyi üçün qaydalara əsasən İstanbul təmsilçisinə qarşı təxirə salınmış görüşdə oynaya bilməz. Çünki "Fənərbaxça" - "Konyaspor" oyunu fevralın 6-ı keçirilməli idi. Ancaq zəlzələ səbəbindən qarşılaşma təxirə salınmışdı.

Qeyd edək ki, sözügedən matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xatırladaq ki, "Konyaspor" Mahir Emrelini bu mövsümün sonunadək "Dinamo"dan (Zaqreb) icarəyə götürüb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30