14 Yanvar 2026, Çərşənbə
Kaxaber Sxadadzedən qələbə şərhi
"Neftçi" bu dəfə heç-heçə etdi
"Qarabağ" 5 qollu qələbə qazandı
"Zirə" qələbəni əldən verdi

Xarici futbol

Millimizin futbolçusu: “Yetkin kişilərin ağladığını görmək inanılmazdır”.

Millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Aue" 2-ci Bundesliqanı tərk edib.

Futbolxeber.az saytının məlumatına görə, 32-ci turda “Darmştadt”a 0:6 hesabı ilə məğlub olduqdan sonra komandanın 3-cü liqaya yuvarlanacağı dəqiqləşib.

Böyükhesablı məğlubiyyətdən sonra Nazarov Almaniya mətbuatına açıqlamasında göstərdikləri oyunun bundan artığına layiq olmadığını deyib: “Bu, bizi çox incidir. Mənim ilk enişimdir. Amma buna tam layiqik. 32 oyunda 23 xal toplayırsınızsa, aşağı liqaya düşməyə layiqsiniz. Yetkin kişilərin ağladığını görmək inanılmazdır”.

Qeyd edək ki, "Ertsgebirge" sona 2 tur qalmış 18 komanda arasında 17-ci pillədə qərarlaşıb və “İnqolştadt”la birlikdə aşağı liqaya yuvarlanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31