30 Oktyabr 2026, Cümə
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Xarici futbol

Avropa Liqasında 1/4 və 1/2 finalın püşkü atıldı

Avropa Liqasında 1/4 və 1/2 final mərhələlərinin püşkatma mərasimi keçirilib. 

Futbolxeber.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə komandalar səbətlərə bölünməyib və eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilərdilər.

Mərasimdə həmçinin final oyununun nominal meydan sahibini müəyyənləşdirmək üçün püşkatma keçirilib.

Qeyd edək ki, 1/4 final matçları aprelin 7-si və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Final görüşü isə mayın 18-də İspaniyanın Sevilya şəhərindəki "Roman Sançes-Pisxuan" stadionunda oynanılacaq.

1/4 final

"Leyptsiq" (Almaniya) - "Atalanta" (İtaliya)

"Ayntraxt" (Almaniya) - "Barselona" (İspaniya)

"Vest Hem" (İngiltərə) - "Lion" (Fransa)

"Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)

Yarımfinal

1. "Leyptsiq" (Almaniya) - "Atalanta" (İtaliya) / "Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)

2. "Vest Hem" (İngiltərə) - "Lion" (Fransa) / "Ayntraxt" (Almaniya) - "Barselona" (İspaniya)

Final








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31