14 Oktyabr 2025, Çərşənbə axşamı
Millimiz Ukraynaya uduzdu
U-17 millimiz darmadağın oldu
AFFA Santuşa təzminat ödəyib
Millimiz Fransaya uduzdu

Xarici futbol

Bernardu Silva: "Azərbaycanla matçda vacib qələbə qazandıq"

Portuqaliya millisinin üzvü Bernardu Silva DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda Azərbaycana qalib gəldikləri oyundan (1:0) danışıb.

Futbikxeber.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi bu gün Serbiyaya qarşı keçirəcəkləri görüşdən öncə təşkil edilən mətbuat konfransında deyib:

"Azərbaycanla matçda vacib qələbə qazandıq. İndi isə Serbiya ilə üz-üzə gələcəyik. Rəqib fiziki cəhətdən güclü komandadır. Hamı Azərbaycanla oyunda bizdən fərqli nəticə gözləyirdi. Amma əsas olan qələbə qazanmaqdır. Həmin matçda qapıya kifayət qədər zərbə vurduq. Amma rəqibə 1:0 hesabı ilə qalib gəldik".

Qeyd edək ki, Serbiya - Portuqaliya oyunu bu gün Bakı vaxtı ilə 23:45-də başlayacaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31