5 Avqust 2026, Çərşənbə
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq

Xarici futbol

“Yuventus” kubokun ilk finalçısı oldu

İtaliyada futbolsuz günlər başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, ölkə kubokunda yarımfinal mərhələsinin cavab görüşləri start götürüb.

İlk oyun günündə 1 görüş keçirilib. “Yuventus” öz meydanında əzəli rəqibi “Milan”ı qəbul edib. Matçın əvvəlində penaltini qaçıran “Qoca Sinyora” rəqibin azlıqda qalmasından sonra rahat nəfəs alıb. 17-ci dəqiqədən meydanda say üstünlüyü qazanmasına baxmayaraq, “Yuventus” rəqib qapısına yol tapa bilməyib. Lakin ilk oyunda 1:1 hesablı bərabərlik qeydə alındığından, “Yuventus” qolsuz heç-heçə sayəsində finala adlayıb.

Qeyd edək ki, sabah keçiriləcək “Napoli” - “İnter” görüşü ilə ikinci finalçının da adı məlum olacaq. Bu komandalar arasında keçirilən ilk matçda “Napoli” səfərdə 1:0 hesablı qələbə qazanıb.

İtaliya kuboku

Yarımfinal, cavab oyunu

12 iyun

“Yuventus” - “Milan” 0:0

Qırmızı vərəqə: Rebiç 17 (“Milan”)

Qaçırılan penalti: Ronaldo 16 (“Yuventus”)

İlk oyun - 1:1

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31