1 Noyabr 2026, Bazar günü
Yuri Vernidubdan qələbə şərhi
“Neftçi” liderliyi ələ keçirdi
Bekiri: "1 xal qazanmağa layiq idik"
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”

Ölkə futbolu

Yuri Vernidubdan qələbə şərhi

"Neftçi" Azərbaycan Premyer Liqasının X turunda səfərdə "Şamaxı"nı 3:2 hesabı ilə məğlub edib.

Futbolxeber.az saytının məlumatına görə, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

"Fikrimcə, pis oyun olmadı. Həm hücumda, həm müdafiədə yaxşı oynadıq. Bilirdik ki, "Şamaxı" heç də asan rəqib deyil. 3 xal qazanmaq üçün çox çalışmalı olduğumuzu anlayırdıq. İlk 5-7 dəqiqə ərzində "Şamaxı" yaxşı hücumlar qurdu, qol vəziyyətləri yaratdı. Ondan sonra biz toparlandıq və standart vəziyyətdən qol vurduq. Buna baxmayaraq, rəqib hesabı bərabərləşdirdi. Fasiləyə bərabərliklə yollandıq. Uşaqlara dedik ki, təzyiqi və intensivliyi artırmaq lazımdır. Heç bir halda xal itirə bilməzdik. İkinci hissədəki oyunumuzdan xoşum gəldi. Rəqibin çox fürsətləri olmadı. Amma hesabı bərabərləşdirə bildilər. Biz dəyişikliklər etdik və bu işə yaradı. Adeleke Akinyemi 3-cü qolu vurdu. Şamaxıda oynamaq çətindir. Bura orta dağlıq ərazidir. Uşaqlar deyirdilər ki, sanki oksigen çatmır. Bu, normal haldır. Əsas odur ki, qalib gəldik. Azarkeşlərimizə təşəkkür edirəm. Bizi çox gözəl dəstəklədilər. Onların qarşılarında baş əyirik".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30