1 Noyabr 2026, Bazar günü
“Neftçi” liderliyi ələ keçirdi
Bekiri: "1 xal qazanmağa layiq idik"
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
"Zirə” də xal itirdi, "Qarabağ" da

Digər idman növləri

Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Şahmatın rapid, blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı keçirilib.

Futbolxeber.az saytına Azərbaycan Şahmat Federasiyasından (AŞF) verilən məlumata görə, kişilərin yarışında 14 xal toplayan Xaqan Əhməd ölkə çempionu olub.

Çempiondan yarım xal geri qalan Əhməd Əhmədzadə ikinci yeri tutub. Xəzər Babazadə və Allahverdi Həmidov eyni xal toplasa da (12,5 xal), əlavə göstəricilərə görə X. Babazadə üçüncü yerdə qərarlaşıb.

Qadın şahmatçıların yarışında Ləman Hacıyeva 14 xalla bütün şahmatçıları qabaqlayaraq qalib adını qazanıb. Türkan Məmmədyarova 13 xalla çempionatı ikinci yerdə başa vurub. Mələk İsmayıl 11,5 xalla üçüncü yerlə kifayətlənib.

Azərbaycan çempionatının bağlanış mərasimində qalib və mükafatçılara medal, diplomları Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, eləcə də AŞF-nin vitse-prezidenti Faiq Həsənov təqdim edib.

Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu 10 000 manat təşkil edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30