4 Avqust 2026, Çərşənbə axşamı
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı

Xarici futbol

Bu ölkədə aprelin 4-də yeni futbol mövsümünə start verilir

Aprelin 4-də Tacikistanda yeni futbol mövsümünə start veriləcək.

Futbolxeber.az saytının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 2020 mövsümü ölkə superkuboku uğrunda oyunla start götürəcək.

Ölkə çempionu və kubokun qalibi “İstiklol” Tacikistan Superkuboku uğrunda gümüş medalçı “Xudjan”la üz-üzə gələcək. Düşənbədəki mərkəzi stadionda keçiriləcək qarşılaşmaya azarkeşlər buraxılmayacaq.

5 apreldə ölkə çempionatının ilk turu çərçivəsində 3 oyun keçiriləcək. Aprelin 8-də isə daha 3 qarşılaşma oynanılacaq.

Qeyd edək ki, Avropada koronavirusa görə futbol oyunları dayandırıldığı halda, yalnız Belarusda ölkə çempionatının qarşılaşmaları keçirilir. Üstəlik, azarkeşlərin stadiona girişinə də qadağa qoyulmayıb.

Əlavə edək ki, Tacikistanda rəsmi olaraq bu günə qədər heç kim koronavirusa yoluxmayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31