3 Sentyabr 2025, Çərşənbə
"Zirə"nin tarixinə düşən qələbə
"Qarabağ" və "İmişli" qalib gəldi
Baxşıyev: “Çempionluq sözlə olmur”
Rəşad Sadıqovdan qələbə şərhi

Xarici futbol

Avro-2020-ni Azərbaycan hansı kanalları yayımlayacaq?

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) ilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV) 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin rəsmi yayım hüququna yiyələnib.

Məlumata görə, noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə nəzərdə tutulan AVRO-2020-nin final mərhələsinin püşkatma mərasimi də saat 21:00-dan İTV vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, 12 iyun-12 iyulda keçiriləcək AVRO-2020-nin final mərhələsinin oyunları tarixdə ilk dəfə Avropanın 12 şəhərində təşkil olunacaq. Qitə çempionatının qrup mərhələsinin 3 və 1/4 final mərhələsinin bir qarşılaşması Bakı Olimpiya Stadionunda oynanılacaq.

UEFA-nın 60 illik yubileyi münasibətilə AVRO-2020-nin müxtəlif şəhərlərdə keçirilməsi ideyası 2012-ci il dekabrın 6-da açıqlanıb. 2014-cü il sentyabrın 19-da İcraiyyə Komitəsinin İclasında isə 12 ev sahibi şəhər təsdiqlənib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30