28 Aprel 2026, Çərşənbə axşamı
Millimiz Monteneqroya yollanıb
Azərbaycan boksçularından tarixi nəticə
Vernidub: “Azarkeşlərdən üzr istəyirəm”
Qurban Qurbanovdan qələbə şərhi

Xarici futbol

APOEL-in baş məşqçisi Bakıda

"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibi APOEL-in baş məşqçisi Paulo Trametsani Bakıdadır.

Futbolxeber.az saytının məlumatına görə, bu haqda klubun mətbuat katibi Nektaris Petevinos açıqlama verib. Onun sözlərinə görə, italiyalı mütəxəssis "Qarabağ" - "Dandalk" oyununu canlı izləmək üçün paytaxtımıza gəlib:

"Məşqçi komandalar arasında cavab oyununu izləmək üçün Bakıya gedib. Bu matçın nəticəsinə əsasən növbəti mərhələdəki rəqibimiz bilinəcək".

Qeyd edək ki, APOEL 3-cü təsnifat mərhələsindəki ilk oyununu avqustun 6-da evdə, cavab matçını isə 1 həftə sonra səfərdə keçirəcək. Kiprlilərin növbəti raunddakı rəqibi "Qarabağ" - "Dandalk" cütünün qalibi olacaq. Komandalar arasında Dublində keçirilən ilk görüşdə qalib müəyyənləşməyib - 1:1. Cavab qarşılaşması isə bu gün olacaq və Bakı vaxtı ilə 21:00-da start götürəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30