10 Mart 2026, Çərşənbə axşamı
Vernidub: "Məğlubiyyətə layiq deyildik”
Kurban Berdıyevdən qələbə şərhi
Azər Bağırov: “Biz iki xal itirdik”
Sadıqov: “...maraqlı deyil”

Xarici futbol

Mişel Platini: "FİFA və CAS mənim işləməyimə mane olan klounlardır"

FİFA-nın sabiq prezidenti Mişel Platini UEFA və Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) haqqında maraqlı açıqlama verib.
 
Futbolxeber.az-ın "Marianne.net"ə istinadən verdiyi məlumata görə, o, haqsız yerə futboldan kənarlaşdırıldığını qeyd edib.
 
"Məni 4 il müddətində futboldan uzaqlaşdırdılar. Amma mən nə etdim? Mənə işləməyə mane olan klounlar kimlərdir. Bu hüququ onlara kim verib? FİFA və CAS hakimləri düzgün qərar çıxarmadılar. Ona görə də hüquqi müstəvidə mübarizə aparacağam", - M.Platini deyib. 
 
Sabiq prezident daha sonra saxtakarlıq və pulların yuyulmasına görə ittiham olunduğunu və bunların əsassız olduğunu deyib. Platini hər iki qruma qarşı mübarizəyə başlayacağını və sonda haqlı olacağını sözlərinə əlavə edib.
 
Qeyd edək ki, M.Platini FİFA-dan qeyri-qanuni olaraq 2 milyon İsveçrə frankı aldığı üçün əvvəlcə 8 il müddətinə futboldan uzaqlaşdırılıb. Onun etirazından sonra cəzası 6 ilə, daha sonra isə 4 ilə endirilib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31