4 Noyabr 2025, Çərşənbə axşamı
Ayın qolunun qalibi mükafatlandırıldı
"3 xala çox ehtiyacımız var”
Sadıq Sadıqov vəzifəsindən getdi
Abubakar son 6 ilin ilkinə imza atdı

Xarici futbol

“Barselona” və "Bavariya" 1/4 finalda

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
 
Futbolxeber.az saytının məlumatına görə, son gündə İngiltərə çempionu “Çelsi” səfərdə İspaniya nəhəngi “Barselona” ilə üz-üzə gəlib. Kataloniya təmsilçisi darmadağınla növbəti mərhələyə yüksəlib.
 
Digər görüşdə isə Türkiyə çempionu “Beşiktaş” səfərdə böyük hesabla uduzduğu Almaniya nəhəngi “Bavariya” ilə qarşılaşıb. Almanlar səfərdə də qalib gəlməklə, heç bir sürprizə imkan verməyiblər.
 
Xatırladaq ki, “Real” (İspaniya), “Yuventus” (İtaliya), “Liverpul” (İngiltərə), “Mançester Siti” (İngiltərə), “Roma” (İtaliya) və “Sevilya” (İspaniya) klubları daha öncə 1/4 finala vəsiqəni təmin etmişdilər.
 
UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
14 mart
 
“Beşiktaş” - “Bavariya” 1:3 (İlk oyun 0:5)
Qollar: V.Lav, 59 - Alkantara, 18. G.Gönül, 46-avtoqol. Vaqner, 84.
 
“Barselona” - “Çelsi” (İngiltərə) 3:0 (İlk oyun 1:1)
Qollar: Messi, 3; 63. Dembele, 20.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30