1 May 2026, Cümə
Vernidub: “Bu oyun suyumu çıxardı”
"Neftçi" "Qarabağ"ı məğlub etdi
“Səbail” darmadağına sevindi
"Sumqayıt"ın yubiley qələbəsi

Xarici futbol

İran və Cənubi Koreya dünya çempionatına vəsiqə qazandı

Gələn il Braziliyada keçiriləcək dünya çempionatının daha iki iştirakçısı müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, bir qədər öncə başa çatan görüşlərdən sonra İran və Cənubi Koreya millilərinin mundialda çıxış edəcəyi dəqiqləşib. Bu iki komanda arasında Cənubi Koreyada baş tutan görüşdən iranlılar qalib ayrılıblar - 1:0. Bu nəticə ilə İran qrupun qalibi, Cənubi Koreya isə ikinci olaraq mundiala vəsiqəni rəsmiləşdirib.

Bu qrupda üçüncü yeri tutan Özbəkistan millisi isə dünya çempionatına vəsiqə qazanmaq üçün play-off matçında uğur qazanmalıdır. Özbəklərin rəqibinin adı isə bu gün axşam saatlarında baş tutacaq İordaniya - Oman görüşündən sonra müəyyənləşəcək.

Qeyd edək ki, Asiyada əvvəlki iki vəsiqəyə Avstraliya və Yaponiya yığmaları sahib çıxıblar.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31