25 Yanvar 2026, Bazar günü
Millimiz Danimarkaya qalib gəldi
"Qarabağ" "Kəpəz"ə məğlub oldu
Millimizin üzvü Bundesliqa klubunda
Sadıqov: “Vəziyyət pisə doğru gedir”

Xarici futbol

Venger: “O, Premyer Liqada ilin oyunçusu olmağa layiqdir”

“Arsenal”ın baş məşqçisi Arsen Venger maraqlı açıqlaması ilə diqqət çəkib. Futbolxeber.az saytının məlumatına görə, fransız mütəxəssis komandasımın üzvü Məsut Özilin Premyer Liqada mövsümün oyunçusu adına layiq olduğunu vurğulayıb: “Özil mövsüm ərzində çox effektiv təsir bağışlayır. O, hər oyunda qol epizodu yaradır və mütəmadi olaraq fərqlənir. Bu mövsüm Premyer Liqada 6 qol vurub, 18 məhsuldar ötürmə verib. Düşünürəm ki, mövsümün sonunda o, 10 qol həddinə çatacaq. Bütün bu göstəriciləri nəzərə alsaq, Özil mövsümün oyunçusu adına layiqdir”.

Qeyd edək ki, mövsümün oyunçusu adına digər namizədlər Riyad Marez, Ceymi Vardi, Nqola Kante (hamısı “Lester”), Harri Keyn (“Tottenhem”) və Dimitri Payedir (“Vest Hem”). Qalibin adı aprelin 24-də açıqlanacaq. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31