30 Oktyabr 2025, Cümə axşamı
"Kəpəz" 10 min manat cərimələndi
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”

Xarici futbol

Şahin Diniyev: “Bizi asan oyun gözləmir”

Bu gün Gəncə şəhər stadionunda keçirilən son məşqlə “Kəpəz” Azərbaycan Premyer Liqasının XXIII turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığını yekunlaşdırıb. Futbolxeber.az-ın məlumatına görə, sonuncu məşqdən sonra komandanın baş məşqçisi Şahin Diniyev qarşıdakı matçla bağlı mediaya fikirlərini bölüşüb: “Maraqlı və gərgin mübarizə şəraitində keçəcək oyun olacaq. Biz bu görüşə həftə ərzində itkilərlə hazırlaşmışıq. Futbolçular zədə və ya xəstəlik səbəbindən bəzi məşqləri buraxıb. Tərlan Quliyev hazırda özünü yaxşı hiss edir, sonuncu məşqdə də istəklə çalışdı. Budaq Nəsirovla Junior Osvaldonun zədəsi tam aradan qalxmayıb. Namiq Ələsgərovun da müəyyən zədəsi var”.

“Sarı-göylər”in çalışdırıcısı rəqib haqda da danışıb: “Bizi asan oyun gözləmir. “Sumqayıt” gənc, ambisiyalı, mübarizə keyfiyyətlərini ortaya qoymağı bacaran komandadır. Komandanın heyətində milliyə dəvət alan oyunçular da var. Hücuma sürətlə atılmağı sevirlər. Deyərdim ki, həm onlar, həm də biz hücum etməyi sevən komandalarıq. Müdafiədə istənilən kimi oynaya bilsək, istədiyimiz nəticəni qazana bilərik” (klub saytı).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31