4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Xarici futbol

Benites: “Hələ 2-3 il mənə istefamla bağlı sual verəcəksiz”

“Real”ın baş məşqçisi Rafael Benites bu gün “Valensiya”ya qarşı keçirəcəkləri oyun haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, ispan mütəxəss oyunöncəsi mətbuat konfransında mümkün istefası haqda da sualı cavablandırıb: “Daha əvvəl də demişəm, komandanın çıxışını mövsümün sonunda dəyərləndirməliyik. Çempionatın sonunda formalaşacaq turnir cədvəli işimizin nəticəsini göstərəcək. Hazırda bizim səbrə, sakitliyə və sülhə ehtiyacımız var ki, qarşımıza qoyduğumuz məqsədlərə çataq. Məqsədimiz odur ki, futbolçular hər oyunda bütün güclərini meydanda qoysunlar. Yorğunluqla bağlı hər hansı bir problemimiz yoxdu. Belə olsaydı, “Vilyareal”a qarşı ikinci hissədə yaxşı oynaya bilməzdik.  “Valensiya” ilə oyun mənim üçün emosional olacaq. “Real” ötən il bu komandanı məğlub edə bilməyib. Mənə verdikləri üçün daim “Valensiya”ya minnətdar olacağam. Bu oyunda qalib gəlməsək, komandadakı fəaliyyətimi davam etdirəcəm? Qələbəmizə əminəm. Amma siz hələ 2-3 il də mənə istefamla bağlı sual verəcəksiz”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31