6 Iyun 2025, Cümə
Özbəkistan millisi DÇ-2026-da
Ölkə kubokunun qalibi bilindi
“Neftçi” yeni transferini açıqladı
Əhmədzadə “Zirə”dən getdi

Xarici futbol

Rusiya millisi və “Zenit” azərbaycanlı futbolçu barədə razılığa gəldilər

Rusiyanın U-19 millisi ilə “Zenit” klubu arasında azərbaycanlı futbolçu Ramil Şeydayevə görə yaranan fikir ayrılığına son qoyulub. Futbolxeber.az-ın məlumatına görə, “Zenit”in rəsmi saytı məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, Sankt-Peterburq klubunun 4 üzvü Avropa çempionatının final mərhələsinə hazırlaşan U-19 yığmasına dəvət alıb. Onlardan 3-ü ilk gündən, yəni iyunun 22-dən millinin düşərgəsində olacaq. Lakin Ramil Şeydayev yığmaya daha gec qoşulacaq. Belə ki, “Zenit”in baş məşqçisi Andrea Villaş-Boaş Şeydayevin komandasının yeni mövsüm öncəsi ilk təlim-məşq toplanışında iştirak etməsində təkid edir. Bu səbəbdən də Şeydayev yalnız iyulun 1-də Rusiya millisinin düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, hazırda U-19-u təşkil edən Rusiya millisi 2 il əvvəl 17 yaşlılar arasında Avropa çempionu olub. Ruslar indi də həmin uğuru U-19-la təkrarlamaq istəyirlər.

19 yaşlıların Avropa çempionatı 6-19 iyul tarixlərində Yunanıstanda keçiriləcək. Rusiya millisi B qrupunda yer alıb. Komandanın rəqibləri isə Almaniya, İspaniya və Hollandiyadır.

Onu da əlavə edək ki, Ramil Şeydayev Avropa çempionatının seçmə mərhələsində bombardir adını qazanıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30