Xarici futbol
XX mundialın iştirakçılar: ABŞ
19 gündən sonra Braziliyada sayca XX dünya çempionatı start götürəcək. Futbolxeber.az saytı oxucuları mundial iştirakçıları ilə yaxından tanış edir. Bu dəfə ABŞ millisindən söhbət açacağıq.
TARİXƏ SƏYAHƏT
ABŞ-da futbol XIX əsrdə yaranıb. Şimali Amerikada millilər səviyyəsində ilk matç da elə ABŞ yığmasının iştirakı ilə keçirilib. 1885-ci il, noyabrın 28-də ABŞ yığması Nyu-Cersi ştatında Kanada millisi ilə üz-üzə gəlib. Matç kanadalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Təxminən 1 ildən sonra materikdə baş tutan ikinci oyunda tərəflər yenidən üz-üzə gəliblər və bu dəfə ABŞ rəqibindən qisas ala bilib - 3:2.
ABŞ millisi 1904-cü ildə Sent-Luisdə keçirilən olimpiadada qüvvəsini sınayıb. Sonradan amerikalılar 12 il ərzində oyun üzünə həsrət qalıblar.
Komanda bu həsrətə 1916-cı ildə son qoyub. ABŞ Stokholmda İsveçlə üz-üzə gəlib və rəqibini 3:2 hesabı ilə məğlub edib.
1924-cü ilin mayında ABŞ millisi Parisdə keçirilən Olimpiya Oyunlarında qüvvəsini sınayıb. 20 il əvvəlki turnirdən fərqli olaraq bu dəfə yarışda 16 komanda mübarizə aparırdı. Komanda ilk oyununda Estoniya ilə qarşılaşdı və rəqibini həmin vaxtlar ölkə futbolunun ən istedadlı futbolçularından hesab olunan Streydenin yeganə qolu sayəsində məğlub etdi. Növbəti mərhələdə isə ABŞ-ı daha ciddi rəqib - Uruqvay gözləyirdi. Gözlənildiyi kimi matç Uruqvayın 3:0 hesablı qələbəsi ilə yekunlaşdı. Elə turnirin qalibi də Uruqvay yığması oldu. Cənubi amerikalıların aparızı üzvü, 8 qolla olimpiadanın ən yaxşı bombardiri olan Petrone ABŞ-ın qapısına 2 qol vurmaqla komandasının qələbəsində böyük pay sahibi oldu.
Növbəti olimpiadada isə ABŞ millisi tarixindəki ən ağır yenilgilərdən birini aldı. Belə ki, ABŞ sonradan turnirin gümüş mükafatını qazanacaq Argentina yığmasına 2:11 hesabı ilə uduzdu. Amma bu da komandanın tarixindəki ən ağır yenilgi deyil. Çünki ABŞ millisi 1948-ci ilin 6 avqustunda Osloda Norveçə 11 cavabsız qolla boyun əyib.
Komanda tarixindəki ən böyükhesablı qələbəni isə 2008-ci ilin 15 iyununda qazanıb. Həmin gün Barbadosu sınağa çəkən amerikalılar, rəqibini 8:0 hesabı ilə diz çökdürüb.
UĞURLAR
Uruqvayda keçirilən ilk dünya çempionatının iştirakçısı olan ABŞ millisi mundiallar tarixindəki ən böyük uğurunu da elə həmin turnirdə qazanıb. Komanda ilk dünya çempionatının bürünc medallarına sahib çıxıb.
1985-ci ildən etibarən KONKAKAF kubokunda mübarizə aparan ABŞ 5 dəfə (1991, 2002, 2005, 2007, 2013) yarışın qalibi olub. 1989, 1993, 1998, 2009 və 2011-ci illərdə KONKAKAF kubokunda finalda uduzan ABŞ yığması, 1996 və 2003-cü illərdə də komanda turnirin bürünc medallarına sahib çıxıb.
1999-cu ildə Meksikada keçirilən Konfederasiyalar Kubokunda bürünc medal qazanan ABŞ yığması 10 il sonra CAR-da keçirilən eyni turnirdə gümüş medallara sahib çıxıb.
Bundan başqa, amerikalılar 1992-ci ildə Səudiyyə Ərəbistanında baş tutan “Kral Fəhda kuboku”nda da üçüncü yeri tutub.
REKORDÇULAR
ABŞ millisinin tarixi ərzində ən çox oyun keçirən futbolçu Kobi Consdur. O, 1992-2004-cü illər aralığında yığmada 164 matça çıxıb və 15 qol vurub. 2000-ci ildən yığmaya dəvət alan və hələ də millidəki çıxışını davam etdirən Lendon Donovan yığmada 154 oyuna çıxıb və 57 qol vurub. Böyük ehtimalla, Donovan tezliklə ABŞ yığmasında ən çox oyun keçirən futbolçu adına sahib çıxacaq. Amerikanın heyətində ən çox oyun keçirən futbolçuların siyahısında ilk “üçlüy”ü isə Marselo Balboa qapayır. O, 1988-2000-ci illərdə 126 matçda millinin şərəfini qoruyub və 13 dəfə rəqib qapılarına yol tapıb.
Hələlik millidə oyun sayına görə ikinci olan Lendon Donovan, ən yaxşı bombardirlərin siyahısında liderdir. Donovan millidə 57 qol vurub. Millidəki çıxışını davam etdirən digər futbolçu Klint Dempsi isə 102 oyunda 36 qol vurmağa müvəffəq olub. 1990-2000-ci illərdə yığmanın heyətində 107 matçda forma geyən Erik Vinalda isə 34 dəfə fərqlənib.
ABŞ MİLLİSİ MUNDİLLARDA
Braziliyadakı dünya çempionatı ABŞ millisinin tarixindəki 10-cu mundial olacaq. İlk mundialda keçirdiyi 3 oyunun ikisində qalib gələn ABŞ yığması, növbəti dünya çempionatında mübarizəni elə ilk oyunda dayandırıb.
1950, 1990, 1998 və 2006-cı illərdə keçirilən dünya çempionatlarında turnirlə elə qrup mərhələsində vidalaşan amerikalılar, 1994-cü ildə ev sahibliyi etdiyi turniri, eləcə də son dünya çempionatını 1/8 finalda yekunlaşdırıb. Komanda Uruqvaydakı dünya çempionatından sonra mundiallar tarixindəki ən böyük uğurunu 2002-ci ildə qazanıb. Belə ki, Yaponiya və Cənubi Koreyanın birgə ev sahibliyi etdiyi yarışda amerikalılar 1/4 finala kimi irəliləməyi bacarıb.
Ümumilikdə mundiallar tarixində ABŞ yığması 29 oyuna çıxıb. Bu oyunların 7-də qalib gəlib, 17-də uduzan amerikalılar 5 dəfə də meydandan heç-heçə ilə ayrılıb. Komanda vurduğu 32 qolun qarşılığında öz qapısında 56 top görüb.
PÜŞK VƏ TƏQVİM
Püşkatmadan öncə ABŞ yığması üçüncü səbətdə yer alırdı. Püşkan amerikalılar üçün uğursuz keçdiyi şübhəsizdir. Belə ki, Klinsmanın komandası Almaniya, Portuqaliya və Qana millisi ilə eyni qrupda yer alıb. Almaniya və Portuqaliyanın gücü hər kəsə bəllidir. Qana yığması isə hələ 4 il əvvəlki mundialda özünə hörmət qazanıb. Odur ki, ABŞ millisinin bu qrupdan play-offa yüksəlməsi heç də asan olmayacaq.
ABŞ yığması turnirdəki ilk oyununu Qanaya qarşı keçirəcək. “Arena das Dunas”da ba tutacaq görüş iyunun 16-da keçiriləcək. İyunun 22-də isə Şimali Amerika təmsilçisi Portuqaliya ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu oyun “Amazoniya”da baş tutacaq. Qrupdakı son oyununu isə ABŞ Almaniya millisinə qarşı keçirəcək. 26 iyunda baş tutacaq matç, “Arena Pernambuku”da baş tutacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA kisənin ağzını açdı: 6:1-lik qələbəyə görə İNANILMAZ MÜKAFAT
- “Şəfa”nın yeni baş məşqçisi müəyyənləşdi - ÖZƏL
- “Qarabağ”a qarşı namərdlik
- Cavadovdan “Dinamo”ya dəstək
- Millimizin qapıçısı: “Soruşdum ki, niyə söyüş söyürsən?”
- AFFA Əliyar Ağayevi cəzalandırdı - FOTOFAKT
- "Qarabağ"ın klublara qazandırdığı pulda kimin haqqı var?
- Ayxan Abbasov AFFA-nın “sirri”ni açıqladı: “Yay toplanışından sonra...”
- Qərəz, yoxsa antipatiya? - YAZI
- Hidayət bürünc medal qazandı
- Breno Almeyda: “Neftçi” olaraq yalnız avrokuboklara fokuslanmışıq”
- Cenk Sümer: “Qara qış keçirdik, önümüzdə artıq bahardır”
- “Turan Tovuz”dan vacib qələbə
- Ruan Renato: “Şans verilsə, Azərbaycan millisində oynamağa hazıram”
- Riad Rəfiyev Harvardın məzunu oldu
-
21:42
“Sumqayıt” qələbə həsrətinə belə son qoydu VİDEO
-
21:00
Saşa İliç qələbəni şərh etdi
-
20:34
Sxadadze: “Azarkeşlərdən üzr istəyirik”
-
18:58
"Sumqayıt" "Qəbələ"ni məğlub etdi
-
18:29
Azər Bağırov: “Oyunçular daha peşakar olmalıdırlar”
-
17:06
II Liqada hakim təyinatları açıqlandı
-
16:31
“Neftçi” U-15 Liqasının çempionudur
-
15:57
Millinin üzvlərinə xatirə hədiyyəsi təqdim olundu
-
15:13
Cüdo millimiz Avropa çempionatını 4 medalla başa vurub
-
14:45
“Neftçi”dən “Qarabağ”la oyunla bağlı xəbərdarlıq
-
14:00
Nəriman ABŞ-da növbəti oyuna çıxdı
-
13:24
“Neftçi”dən azarkeşlərə jest: “Qarabağ”la hər iki oyunu bir biletlə izlə
-
11:32
Nicat Abasov və Aydın Süleymanlı Avropa çempionatında liderliyi bölüşürlər
-
11:18
"Borussiya"dan ardıcıl ikinci məğlubiyyət VİDEO
-
11:09
Rəşad Nəbiyev Avropa çempionatında bürünc medal qazanan cüdoçunu təbrik edib
-
10:56
"Roma" - "Atalanta" matçında qalib aşkarlanmadı VİDEO
-
10:41
Azərbaycanın 5 güləşçisi "Çempionlar" turnirinin ilk günündə medal qazanıb
-
10:27
"Napoli" öz meydanında "Latsio"ya uduzdu VİDEO
-
10:13
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:00
"Qalatasaray" paytaxtdan qələbə ilə qayıtdı VİDEO
-
22:56
Qurban Qurbanov: “Mən yox, kollektivdə psixoloji olaraq yorğunçuluq var”
-
21:30
"Qarabağ" "Sabah"a məğlub oldu
-
21:05
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
19:41
Millimiz Andorraya qalib gəldi
-
19:17
"Karvan-Yevlax"dan ardıcıl ikinci qələbə VİDEO
-
18:54
Füzuli Məmmədovdan qələbə şərhi
-
16:43
Zelim Tçkayev Azərbaycana növbəti medalı qazandırdı
-
16:28
“Neftçi”nin oyunlarında 5 il əvvəl də VAR yox idi, indi də... VİDEO
-
16:02
Dünya kubokunda mübarizə aparacaq boksçularımız müəyyənləşdi
-
15:39
İnqilab Məmmədov: 1 səhv 4 düzü apardı...
-
14:56
"Karvan-Yevlax" - "Şamaxı": Heyətlər açıqlandı
-
13:41
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başlayıb
-
13:25
Gürcüstanlı nazir: “Azərbaycan beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edir”
-
13:00
Premyer Liqaya vəsiqəni rəsmiləşdirdilər
-
12:17
Joarlem Santos: “Berdıyevin fasilədə verdiyi tapşırıqların qələbədə böyük rolu oldu”
-
11:38
Nazirdən "Neftçi" paylaşımı
-
10:53
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:42
Dadaşov sona kimi ehtiyatda qaldı
-
10:29
"İnter" 3 xalı 3 qolla qazandı VİDEO
-
10:16
Mahir oynamadı, komandası uduzdu
-
10:04
Emin Mahmudov: “Ofsayt olduğunu görmürsə, kordur”
-
09:51
“Fənəbaxça” çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
09:35
“Neftçi”dən sərt reaksiya: “Matçda lal, kor, kar VAR” VİDEO
-
22:48
Zirədə dramatik sonluq VİDEO
-
22:15
Vernidub: “Son dəqiqələr haqda danışmaq istəmirəm”
-
22:03
Rəşad Sadıqov: "Baş verənlərə görə "Neftçi"dən üzr istəyirəm"
-
21:32
"Turan Tovuz"dan qələbə, "Neftçi" qələbəni əldən verdi
-
20:57
"Turan Tovuz"dan 3 qollu qələbə VİDEO
-
20:40
"Zirə"nin futbolçusu mükafatlandırıldı
-
19:39
Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
19.04.2026
18.04.2026
17.04.2026























