7 Noyabr 2026, Şənbə
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı

Digər idman növləri

Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar

Azərbaycanın batut gimnastikası üzrə milli komandasının üzvləri Selcan Mahsudova və Maqsud Mahsudov Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıblar.

Futbolxeber.az saytının məlumatına görə, bacı-qardaş dueti batut gimnastikasında qarışıq sinxron proqramın finalında 52.010 xal toplayaraq yarışı ikinci pillədə başa vurub.

Bu nəticə ilə Selcan və Maqsud Mahsudovlar qarışıq sinxron proqramda dünya çempionatının gümüş medalını qazanan ilk Azərbaycan təmsilçiləri olublar.

Finalda Belarus gimnastları qızıl, Yaponiya təmsilçiləri isə bürünc medala sahib olublar.

Qeyd edək ki, Azərbaycan gimnastları dünya çempionatında digər proqramlar üzrə də mübarizələrini davam etdirirlər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30