11 Noyabr 2026, Çərşənbə
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi

Digər idman növləri

"Formula 1" üzrə Azərbaycan Qran-prisi 56 xarici kanalda canlı yayımlanacaq

Sayca 10-cu dəfə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi 56 xarici televiziya kanalı və yayım platformasında canlı yayımlanacaq.

Futbolxeber.az saytına bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Yarışı yayımlayan əsas beynəlxalq media qurumları arasında "Sky", "beIN SPORTS", "Canal+", "ESPN/Disney", "DAZN", "BBC Radio 5 Live" və qlobal yayım platforması Netflix də yer alır.

Azərbaycan Qran-prisinə beynəlxalq marağın miqyasını əvvəlki illərin izlənmə göstəriciləri də nümayiş etdirir. Ötən il "Formula 1" yarışlarını ümumilikdə 72 milyondan çox insan izləyib. Həmin il ABŞ-ın ESPN kanalında Azərbaycan Qran-Prisinin əsas yarışını təxminən 1,1 milyon tamaşaçı izləyib. Bu, ABŞ televiziya tarixində Azərbaycan Qran-Prisi üçün rekord izlənmə göstəricisi olub.

Azərbaycan Qran-Prisinin qlobal auditoriyası əsasən Böyük Britaniya, Avstriya, Niderland və İtaliya kimi ölkələri əhatə edir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30