13 Oktyabr 2026, Çərşənbə axşamı
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Digər idman növləri

Azərbaycan voleybolçuları U-22 Avropa çempionatında mübarizə aparıblar

Azərbaycanın çimərlik voleybolçuları İspaniyanın paytaxtı Madriddə keçirilən U-22 Avropa çempionatında mübarizə aparıblar.

Futbolxeber.az saytının Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, turnirdə ölkəni İbrahim Məmmədov - Məhəmməd Aslanlı və Səbinə Əlizadə - Leyla Əliyeva cütlükləri təmsil ediblər.

İ.Məmmədov - M.Aslanlı dueti təsnifat mərhələsində İtaliyaya (0:2) və İsrailə (1:2) məğlub olublar.

Əsas mərhələdə çıxış edən S.Əlizadə - L.Əliyeva tandemi isə İtaliya (0:2), Çexiya (0:2) və Danimarka (0:2) komandalarına uduzublar.

Sentyabrın 9-13-də təşkil olunan qitə birinciliyində oğlanların yarışında 26 ölkədən 32 cüt, qızların mübarizəsində isə 22 ölkədən 28 cüt qüvvəsini sınayıb.

Qeyd edək ki, Azərbaycanın çimərlik voleybolçuları sentyabrın 17-20-də Türkiyənin İzmir şəhərində keçiriləcək U-18 Avropa çempionatında da iştirak edəcəklər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31