30 Oktyabr 2026, Cümə
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Digər idman növləri

Hidayət Heydərovun dünya çempionatında iştirakı məşqçilərin qərarından asılı olacaq

Azərbaycan cüdoçusu Hidayət Heydərovun zədəsi ciddi deyil.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Cüdo Federasiyasından (ACF) məlumat verilib.

Bildirilib ki, idmançının zədəsi Bakıda keçiriləcək dünya çempionatının startınadək sağalacaq: “Lakin Olimpiya çempionunun mundial üçün heyətdə yer alması məşqçilər korpusunun qərarından asılı olacaq”.

Hidayət Heydərov zədə səbəbindən Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş “Böyük Dəbilqə” turnirində iştirak edə bilməyib.

Qeyd edək ki, Bakıda dünya çempionatı oktyabrın 4-11-də Milli Gimnastika Arenasında keçiriləcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31