25 Oktyabr 2026, Bazar günü
Balayev(lər)in sual fobiyası... - YAZI
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi
DÇ: Millimizdən darmadağın

Digər idman növləri

Azərbaycanın iki paraüzgüçüsü Avropa çempionatında finala yüksəlib

Azərbaycan paraüzgüçüləri Raman Salei və Əli Vəliyev Türkiyənin Kocaeli şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıblar.

Futbolxeber.az saytına bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib.

S12 kateqoriyasında çıxış edən R.Salei təsnifat mərhələsində 50 metr məsafəyə sərbəst üsulla üzməkdə 24,70 saniyə nəticə ilə həlledici mərhələyə adlayıb.

S10 kateqoriyasında yer alan yeniyetmə paraüzgüçü Əli Vəliyev isə 400 metr məsafəyə sərbəs üsulla üzməkdə birbaşa finalda yarışacaq.

Qeyd edək ki, yarışın ilk iki günündə təcrübəli paralimpiyaçı Raman Salei 100 metr məsafəyə arxasıüstə üzməkdə (1:03.55) 4-cü, 100 metr məsafəyə kəpənək ("butterfly") üsulunda (59,18) isə 5-ci pillədə qərarlaşıb.

Əli Vəliyev isə 200 metr məsafəyə qarışıq üsulla üzməkdə (2:32.99) finalı 8-ci pillədə başa vurub.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31