10 Noyabr 2026, Çərşənbə axşamı
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi

Digər idman növləri

Bakıda dünya çempionatında AMADA-nın maarifləndirmə proqramı keçirilib

Bakıda keçirilmiş güləş üzrə U-17 dünya çempionatında Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşəbbüsü ilə maarifləndirmə proqramı təşkil olunub.

Futbolxeber.az saytına bu barədə agentlikdən məlumat verilib.

Milli Gimnastika Arenasında keçirilən maarifləndirmə proqramı zamanı AMADA-nın təmiz idman guşəsini ziyarət edənlərə antidopinq qayda pozuntuları, idmançıların hüquq və öhdəlikləri, eləcə də 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartlar haqqında ətraflı məlumat verilib.

Bundan əlavə, dopinq və narkotik maddələrin sağlamlığa və idman karyerasına mənfi təsirləri iştirakçıların diqqətinə çatdırılıb.

Ziyarətçilər antidopinq mövzusunda viktorinalarda iştirak edib, qaliblərə xatirə hədiyyələri təqdim olunub.

Təmiz idman dəyərləri idmanda ədalət, dürüstlük və bərabər rəqabətin qorunmasının əsasını təşkil edir. Dopinqdən uzaq durmaq yalnız qaydalara riayət etmək deyil, həm də idmançının öz sağlamlığına, rəqiblərinə və tamaşaçılara hörmətinin ifadəsidir. Bu prinsiplərə sadiqlik gənc nəslin düzgün formalaşmasına, idmanın nüfuzunun qorunmasına və beynəlxalq arenada etibarlı imicin möhkəmlənməsinə xidmət edir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30