21 Oktyabr 2026, Çərşənbə
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”

Digər idman növləri

Azərbaycan güləşçisi Avropa çempionu olub

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə U-20 Avropa çempionatına yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, sonuncu yarış günündə 61, 74, 86, 92 və 125 kq-da yer alan sərbəst güləşçilər arasında medalçılar müəyyənləşib.

Camal Abbasov (61 kq) finalda rusiyalı Usman İndirbayevə (2:13), Nurlan Ağazadə (74 kq) isə həlledici görüşdə almaniyalı Manuel Vaqinə (2:4) məğlub olaraq gümüş medalı boynundan asıb.

Məhəmməd Abbaszadə (86 kq) israilli Tomer Drojnyaka 7:1 hesabıyla qalib gələrək üçüncü yeri tutub. Hüseyn Məmmədtağızadə (92 kq) bürünc medal görüşündə gürcüstanlı Sandro Kuraşviliyə uduzub – 1:12.

Avropa çempionatının son qarşılaşmasında Yusif Dursunov (125 kq) rusiyalı Soslan Qabuyevlə üz-üzə gəlib. Final gərgin mübarizə şəraitində keçib. Görüşdə 0:3 hesabıyla geri düşən həmyerlimiz əsl əzmkarlıq göstərərək geridönüş edib. Yekunda 4:3 hesablı qələbə qazanan Yusif U-20 Avropa çempionu olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31