19 Oktyabr 2026, Bazar ertəsi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”

Ölkə futbolu

“Ehtiram Quliyev "Turan Tovuz"dan getsə, mən də gedəcəm”

“Turan Tovuz”un vitse-prezidenti Həsən Zeynalov klubda İdarə Heyətinin sədri Ehtiram Quliyevi əvəzləyəcəyi barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Futbolxeber.az saytının məlumatına görə, o, klubun İdarə Heyətinin sədri postunu tutacağı barədə yayılan xəbərlərin həqiqəqətə uyğun olmadığını söyləyib:

“Bu vəzifəyə Ehtiram müəllim tərəfindən təyin olunmuşam. O, nə qədər buradadır, mən də buradayam. Nə vaxt getsə, mən də onunla gedəcəm”.

Klub rəsmisi “Turan Tovuz”un qeyri-sabit çıxış etməsi ilə razılaşmayıb:

“Dünən “İmişli”yə məğlubiyyət bizi qane etmədi. Uduzmamalı idik. Amma bir oyunla qiymətləndirməyək. İnanıram ki, bu vəziyyəti dəyişəcəyik”.

 

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31