21 Oktyabr 2026, Çərşənbə
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”

Digər idman növləri

Üç təmsilçisimiz dünya çempionatında qələbə qazanıb

Azərbaycanın üç təmsilçisi Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-19 dünya çempionatında qələbə qazanıb.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Yarışın beşinci günündə Gülər Hüseynova (51 kq) 1/16 finalda Diana Dudinlə (Ukrayna) üz-üzə gəlib. Boksçu hər 3 raundu aktivinə yazıb və 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, növbəti görüşündə Nataşa Lukiçlə (Serbiya) gücünü yoxlayacaq.

Şahin Aslanov (65 kq) da dünya çempionatına qələbə ilə başlayıb. O, Emir Serifoviçi (Bosniya və Herseqovina) 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edib. Aslanov 1/8 finalda Robert-Jsolt Buzasla (Rumıniya) qarşılaşacaq.

Renat Qiyaslı (80 kq) isə 1/16 final döyüşünü erkən xeyrinə bitirib. O, Daniil Paninə (Estoniya) üçüncü raundda tam üstünlüklə qalib gəlib. Boksçu növbəti sınağında Tiberio Nokadello (İtaliya) ilə mübarizə aparacaq.

Hər 3 döyüş oktyabrın 22-də olacaq.

Qeyd edək ki, dünya çempionatının qalibləri oktyabrın 27-də bəlli olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31