19 Oktyabr 2026, Bazar ertəsi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”

Digər idman növləri

Tovuz Çempionlar Liqasının oyununa hazırdır

Tovuzda keçiriləcək Çempionlar Liqası qarşılaşmasına hazırlıq işləri yekunlaşıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

Azərbaycan çempionu "Turan"la Xorvatiyanın "Mladost-Zaqreb" komandası arasında keçiriləcək oyun üçün Tovuz Olimpiya İdman Kompleksi tam hazır vəziyyətə gətirilib.

Voleybol zalında Avropa Voleybol Konfederasiyasının (CEV) tələblərinə uyğun olaraq müasir "Terafleks" örtük quraşdırılıb. Tamaşaçı tutumu artırılaraq 1500 nəfərə çatdırılıb. Arenada iki yeni tribuna, müasir oturacaqlar və VIP zona yaradılıb. Bundan əlavə, xüsusi işıqlandırma sistemi qurulub. CEV-in tələblərinə uyğun olaraq mətbuat konfransı otağı və miks zonalar hazırlanıb. Arenada və kompleksin ərazisində böyük monitorlar da quraşdırılıb.

Qarşılaşmadan əvvəl Tovuz Olimpiya İdman Kompleksinin qarşısında geniş konsert proqramı təşkil olunacaq. Azarkeşlər matçı kompleksin qarşısında quraşdırılan böyük monitorlar vasitəsilə də izləyə biləcəklər.

"Turan" qarşılaşmaya tam hazırdır və komandanın heyətində itki yoxdur. Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparmağı hədəfləyən klub yeni mövsüm üçün büdcəsini artırıb və təcrübəli oyunçulardan ibarət heyət formalaşdırıb.

Oyuna maraq böyükdür. Klubun azarkeşlərə ödənişsiz təqdim etdiyi biletlər qısa müddətdə tükənib.

Qeyd edək ki, "Turan" - "Mladost-Zaqreb" qarşılaşması oktyabrın 20-də saat 19:00-da başlayacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31