21 Oktyabr 2026, Çərşənbə
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”

Digər idman növləri

"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib

Şirvan Olimpiya İdman Kompleksində "Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

"Azərbaycan Şahmat Turu"nun təqviminə uyğun olaraq təşkil edilən festivalda 6 ölkəni təmsil edən 147 şahmatçı iştirak edir. Açılış mərasimindən əvvəl Şirvan şəhərinin mərkəzi meydanında ucalan Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub.

Festivalın açılış mərasimində iştirak edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Şahmat Federasiyasının 1-ci vitse-prezidenti Faiq Həsənov və festivalın direktoru Radin Tağıyev qonaqları və yarış iştirakçılarını salamlayaraq şahmatçılara uğurlar arzulayıb. Çıxışlarda bu cür beynəlxalq yarışların şahmatın inkişafı, xüsusilə regionda şahmatın daha geniş təbliği, eləcə də müxtəlif ölkələrdən olan şahmatçılar arasında təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Daha sonra yarışın baş hakimi Şaiq Quliyev turnirin reqlamenti barədə məlumat verib və I tura start verilib. Festival oktyabrın 26-da yekunlaşacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31