19 Oktyabr 2026, Bazar ertəsi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”

Digər idman növləri

Həsən Zeynalov: “Sabah Azərbaycan voleybolu üçün böyük bayram olacaq”

“Sabah Tovuz və Azərbaycan voleybolu üçün böyük bayram olacaq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Turan” voleybol klubunun prezidenti Həsən Zeynalov Çempionlar Liqasında Xorvatiya “Mladost”una qarşı keçirəcəkləri II təsnifat mərhələsinin ilk oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, qitənin bir nömrəli klub turnirindəki hədəflərindən də söz açıb: “Hazırlıqlarımız və həyəcan yüksək səviyyədədir. Oyunadək bir məşqçimiz qalıb. İnanırıq ki, vəzifəmizin öhdəsindən gələcəyik”.

Klub rəhbəri transfer çalışmalarının plan üzrə getdiyini vurğulayıb: “Transferlərlə baş məşqçimiz Ziya Rəcəbov məşğul olub. Sadəcə, burada böyük klublar transferlər edirlər. Daha çox isə azad agentlərə üstünlük verilir. Mən isə azarkeş kimi görülən işlərdən razıyam. Hədəfimiz qrup mərhələsi, daha sonra digər mərhələlərdir”.

Zeynalov 9 ildən sonra Azərbaycana Çempionlar Liqasının gəldiyini söyləyib: “Bu nailiyyəti məhz “Turan”ın əldə etməsindən məmnunuq. Tovuzda voleybola maraq böyük imiş. Özümüz də təəccüblənirik ki, bu maraq hardandır”.

O, sensasiya etməyə çalışacaqlarını qeyd edib: “Eyni istəklə davam edəcəyik. Bu layihə bir günlük deyil. Voleybolda da perspektiv var”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31