21 Oktyabr 2026, Çərşənbə
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”

Ölkə futbolu

Emrah Çelikel: “Bunu doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq”

 “Qarabağ” Futbol Klubunun baş direktoru Emrah Çelikel jurnalistlərə müsahibə verib.

Futbolxeber.az saytının məlumatına görə, o, Azərbaycan İdman Akademiyası (ASA) ilə “Qarabağ” Futbol Klubunun akademiyasının əməkdaşlığı çərçivəsində həyata keçirilən “Futbol məşqçilərinin peşəkar inkişaf proqramı”nın yekunlarına həsr olunmuş tədbirdən sonra media nümayəndələrini maraqlandıran sualları cavablandırıb.

- Bu gün bizim üçün əlamətdar gündür. Azərbaycan İdman Akademiyasında ilk mərhələni keçmişik. “Qarabağ”ın futbol akademiyasının məşqçiləri üçün keçirilən dərslər onların inkişafı, uşaqlara yanaşması, ailə ilə münasibətləri tənzimləyən və elmi yolla məşqçilərə açıqlayan çox gözəl proqram idi. Ehtiyacımız olan dəstəyi aldıq. Azərbaycan İdman Akademiyası ilə iş birliyimiz artaraq davam edəcək.

- İlk təklif kimdən gəldi və nə qədər məşqçi iştirak etdi?

- 20-dən çox məşqçimiz proqramda iştirak etdi. Akademiyamızda işləyən bütün məşqçi heyətini cəlb etmişik. Biz tərəfdən müraciət olundu. Bunun çox da fərqi yoxdur. Əsas odur ki, müsbət cavab gəldi və mənəvi olaraq bizə böyük dəstək verdilər.

- Bu və ya başqa formada təlim proqramlarının olması gözlənilir?

- Akademiya məşqçilərimiz üçün daha fərqli proqramlar və indiki proqramların yenilənməsi də olacaq. Biz bunu mütəmadi edəcəyik.

- Bu proqramın monitorinqini necə həyata keçirəcəksiniz?

- Birincisi, buradakı tələbimiz məşqçilərin proqramı yerinə yetirməsidir. Amma 60 və daha yuxarı bal qənaətbəxş, 70 və daha çox bal yaxşı sayılır. Bütün məşqçilərdən 70-dən yuxarı bal toplamalarını gözləyirik, tələbimiz də budur. Bunu qarşılayana qədər Azərbaycan İdman Akademiyasının da bəlli etdiyi ölçüdə müəyyən sayda şans veriləcək. Bunu doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31