21 Oktyabr 2026, Çərşənbə
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”

Digər idman növləri

Ayşən Əbdüləzimova: “Hədəf ÇL-in qrupudur”

“İlk setdə həyəcanımız daha çox bilinirdi. Ondan sonra ritmi tutduq və şükürlər olsun ki, 3:0-lıq qələbə qazandıq. Məncə, sevinməyə çox tezdir. İkinci oyun daha vacibdir. Sabahdan həmin matça hazırlaşmalıyıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Turan” voleybol klubunun kapitanı Ayşən Əbdüləzimova CEV Çempionlar Liqasının ilk matçında Tovuzda Xorvatiyanın “Mladost” klubunu məğlub etdikləri (3:0) oyundan sonra deyib.

O, üç setdən ikisində daha çox çətinlik çəkdiklərini bildirib: “Həm son, həm də ilk setdə çətinlik çəkdik. İlk setdə həyəcan, sonuncuda isə arxayınlaşma var idi”.

Kapitan azarkeşlərdən də söz açıb: “Azarkeşlər möhtəşəm idi. Buradan rəhbərliyimizə təşəkkürümü bildirmək istəyirəm. Sağ olsunlar, 3 ay ərzində bizə bu cür şərait yaratdılar. Məncə, bu cür şərait heç bir yerdə yoxdur”.

Voleybolçu hədəfləri barədə bunları söyləyib: “Hədəf ÇL-in qrupudur. Bu gün ilk addımı atdıq. Cavab görüşü daha çətin olacaq. Çünki səfər oyunudur. Hər şey bizdən asılıdır”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31