19 Oktyabr 2026, Bazar ertəsi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”

Digər idman növləri

"Ganja Open 2026" beynəlxalq şahmat festivalına yekun vurulub

"Azərbaycan Şahmat Turu" çərçivəsində keçirilən "Ganja Open 2026" beynəlxalq şahmat festivalına yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti açıqlama yayıb.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışın bağlanış mərasimində qalib və mükafatçılar təltif olunublar.

A turnirində 9 turda 6,5 xal toplayan Fərid Orucov birinci yeri tutub. Eyni xala malik İslam Hacıəliyev əlavə göstəricilərə görə ikinci, FİDE təmsilçisi Pavel Şkapenko isə üçüncü yerdə qərarlaşıb.

B turnirində 7,5 xalı olan Natiq Mahmud birinci olub. Eyni xala malik Yusif Abasov və Ümid Ələsgərov müvafiq olaraq 2-3-cü yerləri bölüşüblər.

Festival çərçivəsində rapid və blits yarışları da baş tutub. Süleyman Süleymanlı həm rapid, həm də blitsdə qalib adını qazanıb.

Qeyd edək ki, "Azərbaycan Şahmat Turu" çərçivəsində keçiriləcək növbəti yarış oktyabrın 20-26-da təşkil olunacaq "Shirvan Open" olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31