21 Oktyabr 2026, Çərşənbə
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”

Digər idman növləri

Ziya Rəcəbov: “Zaqrebdə də öz sözümüzü deyəcəyik”

“Deməzdim ki, asan qələbə qazandıq. Birinci set bir qədər kəşfiyyat xarakterli idi. Ona görə də bərabər səviyyədə keçdi. Ümumilikdə yaxşı oyun nümayiş etdirdik. Ev tapşırıqları o qədər də uğurlu alınmadı. Lakin zamanla düzələcək. Əvvəldən də demişdim ki, vaxt lazımdır”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Turan” voleybol klubunun baş məşqçisi Ziya Rəcəbov CEV Çempionlar Liqasının ilk matçında Tovuzda Xorvatiyanın “Mladost” klubunu məğlub etdikləri (3:0) oyundan sonra deyib.

O, rəqibi tam analiz etdiklərini bildirib: “Oyunçuların əksəriyyəti gənc olsa da, “Mladost” ruhlu komandadır. Mübarizə aparmalıyıq. Zaqrebdə də öz sözümüzü deyəcəyik. İnanıram ki, orada da qalib gələcəyik. İlk matçda təcrübə öz sözünü dedi. Ehtiyatda da təcrübəli oyunçularımız var”.

Mütəxəssis üçüncü hissənin əvvəlində çətinlik çəkmələrinin səbəbini belə izah edib: “İkinci setdə 25:16 hesabı ilə qalib gəldik. Bu da bir qədər arxayınlaşmaya səbəb oldu. Belə hallarda toparlanmaq çətin olur. Amma təcrübə öz sözünü dedi”.

Z.Rəcəbov tovuzlu azarkeşlərə təşəkkür edib: “Fanatlar möhtəşəm idilər. Bizə inanılmaz dəstək verdilər. Buna görə onlara minnətdaram”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31