21 Oktyabr 2026, Çərşənbə
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”

Xarici futbol

PSJ-də şok itki: 9 ay oynamaya bilər

PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Barselona” ilə matçda (4:2) aldığı zədə səbəbindən 9 ay yaşıl meydanlardan uzaq qala bilər.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə idman fizioterapevti Anxel Vilyanueva sosial şəbəkədə paylaşım edib.

Mütəxəssis gürcüstanlı futbolçunun zədələnmə anını təhlil edərək onun ön çarpaz bağının zədələnməsi ehtimalına diqqət çəkib. O, görüntülərdə sağ diz oynağında qeyri-təbii hərəkətin müşahidə olunduğunu bildirib.

Vilyanuevanın sözlərinə görə, bu cür zədələnmə mexanizmi ön çarpaz və daxili yan bağların zədələnməsi üçün xarakterikdir. Bununla belə, o, görüntülərin keyfiyyəti və çəkiliş bucağı səbəbindən dəqiq biomekanik qiymətləndirmə aparmağın çətin olduğunu da vurğulayıb.

Fizioterapevt futbolçunun bərpa müddətinin 9 ay çəkə biləcəyini qeyd edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31