21 Oktyabr 2026, Çərşənbə
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”

Digər idman növləri

Azərbaycanın çimərlik voleybolçuları bürünc medal qazanıblar

Azərbaycanın çimərlik voleybolu üzrə milli komandası Baltikyanı ölkələrin açıq çempionatında bürünc medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, Latviyanın paytaxtı Riqada keçirilən Baltikyanı ölkələrin açıq çempionatında 20 yaşadək çimərlik voleybolçularının yarışına yekun vurulub.

Azərbaycan yarışda həm qız, həm də oğlan komandaları ilə təmsil olunub.

Oğlanların mübarizəsində İbrahim Məmmədov/Muhəmməd Aslanlı cütü 34 komanda arasında üçüncü yeri tutaraq bürünc medal qazanıb. Təmsilçilərimiz üçüncü yer uğrunda oyunda Latviya yığması ilə qarşılaşıb və rəqibini 2:1 hesabı ilə məğlub ediblər.

Qızların yarışında isə 27 komanda arasında mübarizə aparan Səbinə Əlizadə/Leyla Əliyeva cütü turniri 12-ci pillədə başa vurub.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31