21 Oktyabr 2026, Çərşənbə
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”

Digər idman növləri

Olimpiya mükafatçısı Milli Gimnastika Arenasında ustad dərsi keçib

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə “London-2012” Yay Olimpiya Oyunlarının bürünc medalçısı, Matteo Morandi tərəfindən ustad dərsi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, ustad dərsində kişi idman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri iştirak ediblər. Təlim zamanı Matteo Morandi öz beynəlxalq yarış təcrübəsini gənc gimnastlarla bölüşərək müxtəlif gimnastika elementlərinin texniki icrası, məşq prosesinin səmərəli təşkili və yarışlara hazırlıq prinsipləri barədə ətraflı məlumat verib.

Ustad dərsi boyunca iştirakçılar məşq prosesində fərdi yanaşmanın əhəmiyyəti, hərəkətlərin düzgün texnikası və yüksək nəticələrin əldə olunması üçün vacib məqamlarla tanış olublar. Gimnastlar, həmçinin onları maraqlandıran sualları ünvanlamaq və dünya səviyyəli idmançının təcrübəsindən faydalanmaq imkanı əldə ediblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31