21 Oktyabr 2026, Çərşənbə
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”

Digər idman növləri

Makqreqordan uğursuz qayıdış

UFC 329 turnirində Konor Makqreqorla Maks Hollouey arasında keçirilən döyüş gözlənilmədən çox erkən başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, uzun fasilədən sonra oktaqona qayıdan irlandiyalı döyüşçü qarşılaşmanın elə ilk saniyələrində ayağından zədələnib.

Makqreqor yüksək təpik zərbəsi vurmağa çalışarkən uğursuz şəkildə yerə yıxılıb. Ayağa qalxdıqdan sonra yenidən tarazlığını itirən 37 yaşlı idmançı döyüşü davam etdirə bilməyib. Hollouey rəqibinin zədələndiyini görərək hakimə işarə edib.

Bundan sonra qarşılaşma 1-ci dəqiqədə dayandırılıb və Maks Hollouey texniki nokautla qalib elan olunub. Təkrar görüntülərdə Makqreqorun ilk təpik cəhdi zamanı ayağından zədələndiyi görünür.

Qeyd edək ki, bu, Konor Makqreqorun 5 illik fasilədən sonra ilk döyüşü idi. Onun zədəsinin ağırlıq dərəcəsi hələlik açıqlanmayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31