13 Oktyabr 2026, Çərşənbə axşamı
"Qarabağ"da gözlənilməz ayrılıq
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi

Digər idman növləri

Azərbaycan güləşçisi Avropa çempionatının finalında

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Futbolxeber.az saytının məlumatına görə, beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq-da yer alan sərbəst güləşçilər mübarizə aparıb.

Azərbaycan təmsilçilərindən Muhəmməd İsmayılov (57 kq) britaniyalı Dariuş Jovkarla (10:0) moldovalı Georgi Qaydarjiyə (11:0) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında rusiyalı Maqomed Özdəmirova 2:4 hesabıyla məğlub olan Muhəmməd sabah bürünc medal uğrunda güləşəcək.

Bəşir Verdiyev (65 kq) yunanıstanlı Pavlos Ntiantiadisi tam üstünlüklə (10:0), rusiyalı Səid Gerqokovu isə sonuncu xal prinsipinə əsasən (2:2) yarışdan kənarlaşdırsa da, yarımfinalda ermənistanlı Aren Hayrapetyana minimal fərqlə (5:6) məğlub olub. Bəşir sabah üçüncü yer uğrunda qarşılaşmaya çıxacaq.

Hacı Kərimov (70 kq) bolqarıstanlı Vladislav Seyzovla slovakiyalı Dominik Zavaçkiyə eyni hesabla (10:0) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Həmyerlimiz final yolunda rusiyalı Ramazan Abdulkadırovdan güclü olub – 7:0. Hacı sabah həlledici görüşdə fransalı Bayssanqur Bitmurzayevlə güləşəcək.

Elcan İsmayılzadə (79 kq) təsnifat mərhələsində Maqomed Alibaxarçiyevə 0:4 hesabı ilə uduzub. Rəqib finala yüksəldiyi üçün Elcan təsəlliverici görüşdə ispaniyalı David Kodakovla üz-üzə gələcək.

Fərhad Süleymanlı (97 kq) rumıniyalı Balaş Lorinçə 12:5 hesabıyla, almaniyalı Tom Ulametsə isə tam üstünlüklə (11:0) qalib gələrək adını yarımfinala yazdırıb. Milli üzvü finalın bir addımlığında fransalı Asxab Dadayevə (2:4) məğlub olub və ümidini bürünc medala bağlayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31