12 Oktyabr 2026, Bazar ertəsi
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi
Azərbaycan kubokunda yeni rekord

Digər idman növləri

Bakıda konkur üzrə "Omar" kuboku keçirilib

Bakıda konkur üzrə "Omar" kuboku keçirilib.

Futbolxeber.az saytına bu barədə Azərbaycan Atçılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Hündürlüyü 105-110 sm olan maneələrin dəf edilməsi üzrə L klass yarışlarında starta 19 atlı çıxıb. Onlardan 11-i maneələri cərimə balı olmadan dəf edərək təkrar sıçrayışa vəsiqə əldə edib.

Təkrar yarışlarda Anar Hümbətov "Zirvə" atı ilə yarışların qalibi olub və baş kuboku qazanıb. O, "Məğrur" atı ilə də yarışıb və 3-cü nəticəni göstərib. Cahangir Novruzbəylinin "Naxış" atı ilə 2-ci olduğu kateqoriyada 4-cü yeri "Parlaq" atı ilə Seyid Musayev, 5-ci yeri isə "Fine Chocolate" ləqəbli atla Valeriya Roşenko tutub.

Hündürlüyü 130-135 sm olan maneələrin dəf edilməsi üzrə M klass yarışlarında starta 7 konkurçu çıxıb. İlkin mərhələnin yekununa görə A.Hümbətovun "Zirvə" atı 3-cü yeri tutub.

S.Musayevin "Zidane D" və Kənan Novruzovun "Miss Baloubet MNM" atı finalda gərgin mübarizə ilə yadda qalıblar. K.Novruzov son sıçrayışda ardıcıl iki maneəni aşıraraq qələbəni əldən verib və ikinciliklə kifayətlənib. Bu kateqoriyada qalib adını S.Musayev qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31