12 Oktyabr 2026, Bazar ertəsi
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi
Azərbaycan kubokunda yeni rekord

Digər idman növləri

“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”

“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi ilə bağlı 1 həftə ərzində qərar verməlidir”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

O, olimpiya çempionu olan idmançıya hər cür dəstək verməyə hazır olduqlarını deyib:

"Bu gün Elnur Məmmədli ilə birlikdə Hidayətlə görüşdük. O, 73 və ya 81 kq çəkidə çıxış edə bilər. Qərarı 1 həftə ərzində özü verəcək. Hesab edirəm ki, o da öz məsuliyyətini tam şəkildə dərk edir. Biz heç bir idmançını müəyyən çəki dərəcəsini seçməyə məcbur etmirik. Bununla belə, təbii ki, tələblərimiz var. Bu tələblər təkcə ona deyil, bütün idmançılara aiddir və hamı üçün eynidir. İstər əsas komandanın üzvləri, istərsə də gənclərdən böyüklər yığmasına keçən idmançılar olsun, hər kəsə eyni yanaşma tətbiq edilir. Federasiya olaraq bu prinsipi bundan sonra da davam etdirəcəyik".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31