12 Oktyabr 2026, Bazar ertəsi
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi
Azərbaycan kubokunda yeni rekord

Digər idman növləri

Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”

"Uşanqi Kokauri dünya səviyyəli idmançıdır”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycanın cüdo millilərinin performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O, Uşanqi Kokaurinin (+100 kq) çıxışını xüsusi qiymətləndirib:

"Uşanqinin artıq kifayət qədər yaşı var. Eyni zamanda, təcrübəli idmançıdır. Son nəticəsi də bir daha göstərdi ki, dünya səviyyəli idmançıdır və hələ də Los-Anceles Olimpiadasına qatılmağı hədəfləyir. Çox şadıq ki, bu çəki dərəcəsində komandamız daxilində artıq rəqabət var. Uşanqi Kokauri Əbu-Dabidə keçiriləcək beynəlxalq yarışda iştirak etmək istəyir. O, hazırda komandada ən çox məşq edən idmançılarımızdan biridir. Buna görə də onun əldə etdiyi nəticə təsadüfi deyil".

Xatırladaq ki, Azərbaycanın cüdo millisi oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçirilən dünya çempionatını rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31