29 Noyabr 2026, Bazar günü
Kurban Berdıyevdən qələbə şərhi
Mahir Polşada növbəti qolunu vurdu
“Neftçi” "Zirə”ni məğlub etdi
Millimiz Serbiyaya uduzdu

Digər idman növləri

İlham Zəkiyev mükafata layiq görülüb

Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının (IBSA) prezidenti İlqar Rəhimov Bakıda Azərbaycanın paralimpiya çempionu, görkəmli cüdoçu İlham Zəkiyevə “Athletes of Inspiration – IBSA 45” (“İlhamverici İdmançılar – IBSA 45”) mükafatını təqdim edib.

Futbolxeber.az saytına IBSA-dan verilən məlumata görə, bu il təsis edilməsinin 45 illiyini qeyd edən qurum 1981-ci ildə Fransanın Paris şəhərində yaradılıb. Federasiya ötən 45 il ərzində görmə məhdudiyyətli şəxslər arasında idmanın inkişafına və idmançıların beynəlxalq yarışlarda iştirak imkanlarının genişləndirilməsinə mühüm töhfələr verib.

Federasiyanın yubileyi münasibətilə il ərzində müxtəlif tədbirlər və təşəbbüslər həyata keçirilir. Bu təşəbbüslərdən biri də idmançıların nailiyyətlərini və idmanın inkişafına verdikləri töhfələri qeyd etmək məqsədilə təsis edilmiş IBSA 45 Tanınma Proqramıdır.

Proqram çərçivəsində təqdim olunan “Athletes of Inspiration – IBSA 45” mükafatı müxtəlif idman növlərində uğurları və nümunəvi fəaliyyəti ilə seçilən idmançıları təltif etmək məqsədi daşıyır.

Cüdo, qolbol, şoudaun və görmə məhdudiyyətli şəxslər arasında futbol üzrə ümumilikdə 15 idmançı bu mükafata layiq görülüb. Onlar Braziliya, Azərbaycan, Moldova, Fransa, Türkiyə, İsrail, Litva, Yaponiya, Finlandiya, Mərakeş, İran, İngiltərə və Argentina olmaqla 13 ölkəni təmsil edirlər.

2023-cü ildə IBSA-nın prezidenti seçilmiş İlqar Rəhimov mükafatı bu gün Bakıda İlham Zəkiyevə təqdim edib.

Mükafatın təqdimatı zamanı İlqar Rəhimov bildirib: “İlham Zəkiyev həm əfsanəvi idmançı, həm də öz xarakteri və həyat mövqeyi ilə əsl qəhrəmandır. Onun həyat yolu iradənin, cəsarətin və insan ruhunun gücünün təcəssümüdür. İlham kimi insanlar öz nailiyyətləri ilə tarix yazmaqla yanaşı, başqalarının yolunu işıqlandırır, gələcək nəsillərə ilham verir və böyük məqsədlərə çatmaq üçün örnək olurlar. O, Azərbaycan və beynəlxalq idman ictimaiyyəti üçün qürur mənbəyidir”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30