26 Noyabr 2026, Cümə axşamı
XIII turun hakimlər təyinatları
“Qarabağ”dan xanım azarkeşlərə jest
Ronaldo 987-ci qolunu vurdu
Andrey Arşavin Bakıya gəlib

Digər idman növləri

Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib

Azərbaycan Güləş Federasiyası Bakıda keçirilən cüdo üzrə dünya çempionatında əldə olunan tarixi nəticə münasibətilə Azərbaycan Cüdo Federasiyasını təbrik edib.

Futbolxeber.az saytının məlumatına görə, federasiyanın paylaşımında 4-11 oktyabr tarixlərində Bakıda təşkil olunan dünya çempionatında Azərbaycan cüdoçularının 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanaraq komanda hesabında tarixi uğura imza atdığı bildirilib.

"Azərbaycan idman ailəsinin bir üzvü olaraq, Azərbaycan Güləş Federasiyası cüdoçularımıza gələcək yarışlarda yeni uğurlar, Azərbaycan cüdosuna isə beynəlxalq arenalarda daha böyük nailiyyətlər arzulayır", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, Azərbaycanın cüdo millisi fərdi yarışları rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30