4 Noyabr 2026, Çərşənbə
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Digər idman növləri

"Böyük Dəbilqə": Balabəy Ağayev finalda dünya çempionunu məğlub etdi

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, idmançımız finalda yaponiyalı dünya çempionu Ryuju Naqayamanı məğlub edib.

Əhməd Yusifov (60 kq) üçüncü yer uğrunda görüşdə İtshak Aşpizə uduzub.

Nizami İmranov (66 kq) bürünc medal qazanmaq üçün yerli cüdoçu Yolk Kazırbyekin müqavimətini qırmağa çalışacaq.

Xatırladaq ki, "Böyük Dəbilqə" iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur.

***

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində finala vəsiqə qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, idmançı yarımfinalda İsrail təmsilçisi İtshak Aşpizə qalib gəlib.

O, qızıl medal uğrunda görüşdə yaponiyalı Ryuju Naqayama ilə qarşılaşacaq.

Əhməd Yusifov (60 kq) isə üçüncü yer uğrunda İ.Aşpizlə üz-üzə gələcək.

Yarımfinalda uduzan Nizami İmranov (66 kq) bürünc medal uğrunda yerli cüdoçu Yolk Kazırbyeklə münasibətlərə aydınlıq gətirəcək.

Ruslan Paşayev (66 kq), Şəfəq Həmidova (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) mükafat qazanmaq şanslarını itiriblər.

Xatırladaq ki, "Böyük Dəbilqə" iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30