30 Oktyabr 2026, Cümə
Kurban Berdıyevdan qələbə şərhi
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı

Digər idman növləri

Azərbaycan millisi xaricdəki təlim-məşq toplanışını yekunlaşdırıb

Avropa Liqasına hazırlaşan Azərbaycanın qadın voleybolçulardan ibarət millisi ölkə xaricindəki təlim-məşq toplanışını başa vurub.

Futbolxeber.az saytının məlumatına görə, 12-16 mayda Macarıstanda təlim-məşq toplanışında olan komanda bu ölkənin yığma komandası ilə iki yoxlama oyunu keçirib və hər iki qarşılaşmada qələbə qazanıb (3:0, 3:1).

Daha sonra Sloveniyaya yollanan voleybolçular mayın 16-dan 29-dək Maribor şəhərində hazırlıq keçiblər. Faiq Qarayevin rəhbərlik etdiyi yığma burada baş tutan yoxlama oyunlarında Xorvatiya (3:1) və Avstriya (3:1, 3:1) millilərini, eləcə də ABŞ-nin "Colgate" klubunu (3:0) məğlub edib.

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda komandanın rəqibləri İsveç və Estoniya olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31