4 Sentyabr 2026, Cümə
"Zirə"dən növbəti transfer
Kadi 3 oyunluq cəzalanıb
IV turun hakim təyinatları açıqlandı
Millimizin oyunun yeri dəyişdirildi

Digər idman növləri

Azərbaycanın çimərlik güləşçiləri Xorvatiyada iki beynəlxalq turnirdə mübarizə aparacaqlar

Azərbaycanın çimərlik güləşçiləri Xorvatiyanın Poreç şəhərində 2 beynəlxalq turnirdə iştirak edəcəklər.

Futbolxeber.az saytının Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi məlumata görə, sabah U-17 yaş qrupu üzrə Avropa çempionatı baş tutacaq.

Qitə birinciliyində baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Əlirza Heybətli, Elcan Həsənov (hər ikisi 60 kq), Rəşad Əliyev (70 kq), Elvin Hacıquliyev, Ruslan Vəliyev (hər ikisi 80 kq), Möhlət Qasımov və Tural Eynullayev (90 kq) uğur qazanmağa çalışacaqlar.

Mayın 30-31-də isə böyüklər qum üzərinə çıxacaqlar. Dünya Seriyasının II mərhələsində baş məşqçi Oyan Nəzəriani və məşqçi kimi yarışda debüt edəcək İbrahim Yusubovun rəhbərliyi altında Rübail İbrahimli (70 kq), Sahib Dadaşov (80 kq), Vüsal Əliyev (80 kq), Əşrəf Aşırov (90 kq) və İslam İlyasov (+90 kq) mübarizə aparacaqlar.

Hər iki yarışda I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30