4 Noyabr 2026, Çərşənbə
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Digər idman növləri

Bakıda "SPLASH for Swimmable Cities" tədbiri keçirilib

Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə Bakı 2026 – "Dünyanın İdman Paytaxtı" və "Bakı Şəhərsalma Həftəsi" çərçivəsində Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası, Üzülə bilən Şəhərlər İttifaqı (The Swimmable Cities Alliance) və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşkilatçılığı ilə "SPLASH for Swimmable Cities" tədbiri keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, "Sea Breeze Resort" ərazisindəki sahil zonasında keçirilən tədbirdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) qonaqları, idmançılar və üzgüçülük həvəskarları iştirak ediblər.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax, Azərbaycan Üzgüçülük Federasiyasının müşaviri Rəşad Əbdürəhmanov və Azərbaycanın ilk "dəmir adamı" (Ironman) Firdovsi Kərimov çıxış ediblər. Aksiyaya qoşulan hər kəsə təşəkkür ediblər və üzgüçülüyün sağlam həyat tərzində rolunu qeyd ediblər.

Çıxışlardan sonra 100-dək iştirakçı eyni vaxtda dənizdə üzərək aksiyaya qoşulub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30