30 Oktyabr 2026, Cümə
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Digər idman növləri

Avropa çempionatı: 5 güləşçimiz finalda

Azərbaycanın daha dörd sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının finalına yüksəlib.

Futbolxeber.az saytının məlumatına görə, yarımfinalda Giorgi Meşvildişvili (125) türkiyəli Hakan Büyükçınqıla 3:1 hesabıyla qalib gəlib.

Ali Tsokayev (92 kq) isveçrəli Samuel Şerrerdən üstün olub - 6:0.

Arseniy Djioyev (86) latviyalı İvars Samusonoku tam üstünlüklə (12:2) yenərək qızıl medal uğrunda mübarizəyə qoşulub.

Turan Bayramov (74 kq) isə gürcüstanlı Giorgi Elbakidzeni 2:1 məğlub edib.

Nürəddin Novruzov (61 kq) yarımfinalda albaniyalı dünya çempionu Zəlimxan Abakarova 3:14 hesabıyla məğlub olub. Güləşçimiz sabah bürünc medal uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, daha əvvəl İslam Bazarqanov (57 kq) da finala, Rəşid Babazadə (65 kq) və Cəbrayıl Hacıyev (79) isə bürünc medal görüşünə vəsiqə qazanmışdı.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31